STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
ƏLİYEV Hüseynqulu Əli oğlu 03.02.1949-cu ildə Ordubad rayonunun Bist kəndində anadan olmuşdur. Heykəltaraş, rəssam. Azərbaycanın Xalq Rəssamı (2002). Professor (2017). Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1971-1978) və Mirzə Ağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universitetinin Rəssamlıq fakültəsində təhsil almışdır (1977-1982). Azərbaycan Rəssamlar İttifaqının (1986), Azərbaycan Teatr Xadimləri İttifaqının (2000) və Naxçıvan MR Rəssamlar Birliyinin üzvüdür (2012). Naxçıvan Dövlət Rəsm Qalereyasında fond müdiri (1982-1989), Naxçıvan Dövlət Musiqili Dram Teatrında baş rəssam (1989-2019), Naxçıvan MR Rəssamlar Birliyinin sədri (2000-2011) və Naxçıvan Dövlət Universitetində Təsviri İncəsənət kafedrasının müdiri vəzifələrində işləmişdir (2003-2019). Haliyədə həmin kafedranın professorudur. 1988-ci ildə Naxçıvan MR Əməkdar incəsənət xadimi, 1999-cu ildə isə Azərbaycan Respublikasının Əməkdar rəssamı fəxri adını almışdır. 2008-ci ildə dosent, 2017-ci ildə isə professor elmi adına layiq görülmüşdür. 1984,1986, 2009-cu illərdən Naxçıvan Rəssamlar Birliyinin Sərgi salonunda fərdi sərgiləri olmuşdur. Naxçıvan şəhərindəki “Koroğlunun atlı heykəlinin ilkin variantının (indiki heykəl Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin göstərişi və təşəbbüsü ilə yenidən Çin Xalq Respublikasında bürüncdən tökülmüşdür), “Diskatan”, “Ana” monumental heykəlinin, “Bəhruz Kəngərli”nin momerial abidəsinin, “Heydər Əliyev” büstünün, Nehrəm və Vənənd kəndlərindəki şəhid büstlərinin və baralyeflərinin müəllifidir. O bir teatr rəssamı kimi Naxçıvan Dövlət Musqili Dram Teatrının səhnəsində “Xeyir və Şər”, “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Afət”, “Vəzifə”, “Mənim ərim dəlidir”, “Hacı Qara” və s. tamaşalara səhnə quruluşu vermişdir. Rəssamın əsərləri Naxçıvan, Bakı, Tiflis, Kiev, Xarkov, Moskva, Aşqabad, Seul, Xoy, Mahadan, Urmiya, Təbriz, İğdır, Kars , Bursa, Trabzon, İstanbul, Ankara və digər şəhərlərdə nümayiş olunub (1986-2021). Əsərləri: Norveç, Almaniya, Ukraina, İran, Türkiyə kimi ölkələrdə İstanbul Beynəlxalq Karikatura Muzeyində, Azərbaycan Mədəniyyət Nazirliyində, Sərhəd xidmətləri “Şərq Muzeyi”ndə, Naxçıvan Dövlət Rəsm Qalereyasında, C. Məmmədquluzadə adına Naxçıvan MR Ədəbiyyat Muzeyində, Hüseyn Cavidin Ev Muzeyində, Cəmşid Naxçıvanski Muzeyində, C. Məmmədquluzadənin Ev Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində, Xatirə Muzeyində, Məmməd Tağı Sidqinin Ev Muzeyində, C. Məmmədquluzadənin Nehrəm Kəndindəki Xatirə Muzeyində və bir çox şəxsi kolleksiyalarda qorunub saxlanılır.