STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Paşa Rəhimov

RƏHİMOV Paşa Əbil oğlu 08.07.1950-ci ildə Ordubad rayonunda anadan olmuş və 29.04.2017-ci ildə həmin şəhərində vəfat etmişdir. Rəssam. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi Bədii Tərtibat Şöbəsində təhsil almışdır (1968-1972). Azərbaycan Rəssamlar İttifaqının üzvü idi (1975). Ordubad şəhərində sərbəst rəssamlıq sənəti iə məşqul idi (1987-2018). 2006-cı ildə Ordubad şəhərində 1 saylı orta məktəbdə fərdi yaradıcılıq sərgisi kecirmişdir. Naxçıvan MR Rəssamlar Birliyində keçirilən sərgilərində mütamadi iştirak edərdi (1972-2018). Bakı şəhərində keçirilən qarışıq sərgidə (1976), “Qanlı yanvar” faciəsinə həsr olunmuş sərgilərdə (1992-2016), Əlillərin Ümumrespublika yaradıcılıq sərgiləri (1997-2000, 2003-2006). Bakı şəhərində keçirilən “Naxçıvan naxışları” sərgisində (2005) iştirak etmişdir. 2000-2005-ci illərdə Türkiyə və İranda keçirilən bir neçə qarışıq sərgilərə əsərləri nümayiş etdirilmişdir. Əsərləri Bakı, Naxçıvan və Ordubad şəhərlərində bir çox şəxsi kolleksiyalarda saxlanılır