STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Mirmehdi Seyidov

SEYİDOV Mirmehdi Mirhəşim oğlu 26.01.1961-ci ildə Naxçıvan şəhərində anadan olmuş və 22.04.1988-ci ildə həmin şəhərdə vəfat etmişdir. Rəssam. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır (1976-1980). SSRİ rəssamlar İttifaqının üzvü idi (1980). Cəmi 27 il yaşamasın baxmayaraq Respublikamızı və keçmiş SSRİ-nin bir çıx yerlərini qarış-qarış gəzmiş və gözəl əsərlər ərsəyə gətirmişdir. Onun doğma yurda bağlılığını yaratdığı “Palıd ağacı”, “Çinar”, “Fərhad evi”, “Ordubad”, ”Neft buruqları”, “Tarla”, “Ordubad dağları”, ”Qarabağlar türbəsi”, “İlanlı dağ”, “Batabat”, “Üzən ada”, “Qoca kişi”, “Əshabi kəhv”, “Nəhəcir” və.s əsərlərindən aydınca görmək olar. Gənc rəssam cəmi 8 il müstəqil yaradıcılıqla məşğul olmasına baxmayaraq, özünü usta bir sənətkar kimi göstərməyi bacarmışdır. Daima yaradıcılıq axtarışında olan rəssamın bizlərə gəlib çatan əsərləri içərisində reılizm üslubu ilə yanaşı, sürrealism üslubunda çəkdiyi əsərlər də, yaradıcılıq baxımından mühüm əhəmiyyət kəsb edir. Əsərləri keçmiş SSRİ-nin bir çox şəhərlərində: Moskva, Leninqrad, Kiyev, Tallin, Riqa, Kazan, Urenqou, Ujqorod, Tollyatti, Volqaqrad, Tbilisidə, Bakı və Naxçıvanda bir çox şəxsi kolleksiyalarda, Naxçıvan Dövlət Rəsm Qalereyasında, Qarabağlar Türbə Kompleksində və s. yerlərdə qorunub saxlanılır.