STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
RƏCƏBOV Rəcəb Gülməmməd oğlu 02.04.1923-cü ildə Naxçıvan şəhərində anadan olmuş və 23.10.1990-cı ildə həmin şəhərdə vəfatb etmişdir. Rəssam. Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin Rəsm və rəsmxət müəllimi ixtisası üzrə təhsil almışdır (1947-1952). SSRİ və Azərbaycan Rəsssamlar İttifaqının üzvü idi (1970). Çəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulmuş bir neçə əsərə: G.Midivaninin “Xeyirxax adamlar” (1950), Cəfər Cabbarlının “Od glini” (1951) və s. tamaşalara uğurlu və yadda qalan səhnə tərtibatı verib. Bir çox ümumittifaq və respublika əhəmiyyətli sərgilərdə iştirak edib. Ulu Öndər Heydər Əliyevlə bir sinifdə oxumuş və eyni məktəbdən məzun olmuşlar. Məktəb illərində görkəmli rəssam Şamil Qazıyevin rəhbərlik etdiyi rəsm dərnəyində rəsmlıq sənətin sirrlərinə yiyələnmişlər. 1952-ci ildən ömrunun sonuna kimi Naxçıvan şəhərində fəaliyyət göstərən Pionerlər Evində gənc nəslin estetik-dünyagörüşünün və rəssamlıq qabiliyyətinin formalaşmasında misilsiz xidmət göstərmişdir. Bir çox tanınmış rəssamların yetişməsində böyük xidmətləri olmuşdur. 1963-1970-ci illərdə Naxçıvan Dövlət Pedaqoji Texnikumunda Rəsm və rəsmxət müəllimi, 1971-ci ildən 1990-cı ilə kimi Naxçıvan Müəllimləri Təkmilləşdirmə İnstitutunda “Rəsm və rəsmxət” kabinəsinə rəhbərlik etmişdir. Eyni zamanda Naxçıvan şəhər 1, 2 və 3№-li məktəblərində müəllim vəzifəsində işləmişdir. Böyük Vətən müharibəsi iştirakçısı olmuş, Stalinqrad uğurunda döyüşlərdə ağır yaralanmışdır. Böyük Vətən müharibəsi Veteranı idi. “I dərəcəli Böyük Vətən müharibəsi” ordeni, “Şərəf nişanı” ordeni və bir sıra medallarla təltif edilmişdir. Əsərləri Bakı şəhərində, Naxçıvan Dövlət Tarix Muzeyində, Naxçıvan Dövlət Rəsm Qalereyasında və bir çox şəxsi kolleksiyalarda qorunub saxlanılır.