STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
MƏMMƏDOV Yuran Əli oğlu 15.04.1934-cü ildə Naxçıvan şəhərində anadan olmuş və 22.03.1984cü ildə Riqa şəhərində vəfat etmişdir. Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində (1955) və Leninqradda (indiki Sankt-Peterburq) İ.Y.Repin adına Rəssamlıq Akademiyasında təhsil almışdır (1960). Protret, natürmort, tematika kompozisiyalı tablolar yaratmışdır. Onlardan "Haçadağ", "Batabat", "Əlincə qalası", "Vayxır kəndi", "Araz", "Şahbuz mənzərələri", "Naxçıvanda bahar", "Bizim ailə", "Vətən uğrunda" və s. sadalamaq olar. Rəssam 18 ildən çox Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında quruluşuçu rəssam kimi işləmiş, onlarla tamaşaya Cəlil Məmmədquluzadənin "Ölülər", "Dəli Yığıncağı",Cəfər Cabbarlının "Oqtay Eloğlu" , Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük", Şıxəli Qurbanovun "Sənsiz", Hüseyn Razinin "Günəş", Həsən Elsəvərin "Alınmaz qala", Əziz Nesinin"Toros canavarları", Kauqverin "Ağır cəza" və s. əsərlərə səhnə tərtibatı vermişdir. Naxçıvanda, Bakıda, Sankt-Peterburda, Baltikyanı respublikalarda fərdi sərgiləri keçirilmişdir. Əsərləri Rüstəm Mustafayev adına Milli Azərbaycan İncəsənət Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində, C.Məmmədquluzadə adına Naxçıvan MR Ədəbiyyat Muzeyində, Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyində və s. muzey və fərdi kolleksiyalarda qorunub saxlanılır.