STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
QARDAŞBƏYOV Abuzər Hacı oğlu 09.04.1941-ci ildə Naxçıvan şəhərində anadan olmuş və 09.05.1990-cı ildə həmin şəhərdə vəfat etmişdir. Rəssam.1976-1987-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatının sədri olmuşdur. Leninqrad şəhərində (indiki Sankt-peterburq), V.Serov adına Dövlət Rəssamlıq Məktəbini (1968-1973) və Mərkəzi Komitənin Azərbaycan Kominst Partiyası yanında Marksizm-Leninzm Universitetində təhsil almışdır (1979). SSRİ Rəssamlar İttifaqının üzvü idi (1973). Azərbaycan Rəssamlar İttifaqının VIII və IX qurultayının üzvü seçilmişdir. Respublika daxilində və digər ölkələrdə keçirilən bir çox qarı sərgilərdə iştirak etmişdir (1976-1989). Yaradıcılığında döğma diyara məhəbbət, onun tarixi-memarlıq abidələri, füsünkar mənzərələri həmişə ön planda olub. Onun “Möminə xatın türbəsi”, “Yusif Küseyr oğlunun türbəsi”, “Buzxana” “Naxçıvan abidələri”, “Gülüstan türbəsi”, “Qazançı körpüsü”,”Qarabağlar türbəsi”, “Anzır kəndi”, “Doğma diyar”, “Şəhər görüntüləri” tabloları bu baxımdan diqqəti çəkən əsərlərindəndir. Əsərləri Moskva, Sankt-peterburq, Tallin, Xarkov, Tibilisi, Bakı kimi şəhərlərdə, Naxçıvan Dövlət Rəsm Qalereyasında, Naxçıvan Dövlət Tarix Muzeyində, Qarabağlar Türbə Kompleksində və bir çox şəxsi kolleksiyalarda qorunub saxlanılır.