STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Elmira Şahtaxtinskaya

Şaxtaxtnskaya Elmira Həbibulla qızı 25.10.1930-cu ildə Bakı şəhərində anadan olmuş və 13.10.1996-cı ildə həmin şəhərdə vəfat etmişdir. (Fəxri Xiyabanda dəfn edilmişdir). Rəssam. Azərbaycan Respubikası xalq rəssamı (1977). Əməkdar incəsənət xadimi (1963). Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini (1950) və V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda təhsil almışdır (1956). Plakat və dəzgah rəsmlərinin müəlifidir. Yaradıcılığında sülh və xalqlar dostluğu, əmək mövzusu əhəmiyyətli yer tutur. 70-ci illərdə çəkdiyi “Azərbaycan qədim mədəniyyət diyarıdır” plakat silsiləsində Azərbaycanın orta əsrlərdə yaşayıb yaratmış elm və mədəniyyət xadimlərinin “Nəsrəddin Tusi”, “Nizami Gəncəvi”, “İmadəddin Nəsimi”, “Məhəmməd Fizüli”, “Əcmi Naxçıvani”, “Sultan Məhəmməd” və 70-80-ci illərdə müasir sənətkarların “Üzeyir Hacıbəyov” “Hüseyn  Cavid”, “Səməd  Vurğun”, “Səttdar  Bəhlulzadə”, “Qara Qarayev”, “Fikrət Əmirov” və başqa portretlər qalareyasını yaratmışdır. Rəssamın dəzgah rəsmləri silsiləsi və boyakarlıq əsərləri də diqqəti cəlb bedir. Çexoslovokiya, Bolqorstan, Moskva, Kaunas, və s. müxtəlif ölkə və şəhərlərdə fərdi sərgiləri keçirilmişdir. “Şərəf nişanı” ordeni ilə təltif olunmuşdur. Əsərləri Çexoslovokiya, Bolqorstan, Rusiya, Ukrayna, Gürcüstan kimi xarici ölkələrdə, Bakı və Naxcıvan şəhərlərində, Azərbaycan Mədəniyyət Nazirliyində, Azərbaycan Bədii Fondunda, Rüstəm Mustafayev adına Milli Azərbaycan İncəsənəti Muzeyində, Müasir İncəsənət Müzeyində, Milli Azərbaycan Tarixi Muzeyində, Şaxtaxtinskilər Muzeyində və bir çox şəxsi kolleksiyalarda qorunub saxlanılır.