STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

İlham Mirzəyev

MİRZƏYEV İlham Məhərrəm oğlu 21.06.1965 Naxçıvan şəhərində anadan olmuşdur. Rəssam. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır (1980-1984). Azərbaycan Rəssamlar İttifaqının (1989) və Naxçıvan MR Rəssamlar Birliyinin üzvüdür (2012). Naxçıvan MR Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda (1992), “Abşeron rəngləri” Qalereyasında (1993) və Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonlarında fərdi yaradıcılıq sərgisi keçirmişdir (2014). Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində tamaşaya qoyulan Türk yazıçısı Əziz Nesinin “Ölən adam” (“Taxtalı köydən məktublar” əsəri əsasında) əsərinin quruluşuçu rəssamı olmuşdur. 2010-cu ildən respublika və beynəlxalq əhəmiyyətli sərgilərdə və müsabiqələrdə uğurla iştirak edir. O cümlədən: Rusiyanın Moskva (2010, 2011), Sankt-Peterburq (2011, 2012), Ukraynanın Kiyev (2011), Almaniyanın Berlin (2011). Bolqarstanın Sofiya şəhərlərində keçirilən qarışıq sərgilərdə iştirak edib (2013). Əsərləri Beynəlxalq İncəsənət Fondunda, Rusiya, Ukrayna,Almaniya, Bolqarıya, Türkiyə, İran kimi xarici ölkələrdə, Bakı və Naxçıvan şəhərlərində, Heydər Əliyev Muzeyində, Naxçıvan Dövlət Rəsm Qalereyasında və bir çox şəxsi kolleksiyalarda qorunub saxlanılır.