STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Aydın Rəcəbov

RƏCƏBOV Aydın Rəcəb oğlu 05.08.1956-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. Rəssam. Azərbaycan Respublikasının Əməkdar rəssamı (2002). Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır (1978-1982). Azərbaycan Rəssamlar İttifaqının (1991) və Naxçıvan MR Rəssamlar Birliyinin üzvüdür (2012). Sərbəst yaradıcılıqla məşğuldur. Naxçıvan MR Rəssamlar Birliyinində keçirilən sərgilərin fəal iştirakçısıdır. 1992-ci ildə Türkiyənin Qars şəhərində fərdi yaradıcılıq sərgisi olmuşdur. Yardıcılığında portret janrı üstünlük təşkil edir. Ümummilli liderimiz Heydər Əliyevin silsilə portretlərini, akademik Əhliman Əmirarslanovun, Azərbaycan və Türk generallarının və Şəhidlərimizə həsr etdiyi bir sıra portretlərini misal göstərmək olar. Respublikamızda, keçmiş Ümumittifaq məkanında və xarici ölkələrdə bir çox qarışıq sərgilərdə iştirak etmişdir. Əsərləri Rusiya, Gürcüstan, Ukraina, Moldava, Türkiyə, İran kimi xarici ölkələrdə, Bakı, Naxçıvan şəhərində, Naxçıvan Dövlət Tarix Muzeyində, Naxçıvan Dövlət Rəsm Qalereyasında və bir çox şəxsi kolleksiyalarda qorunub saxlanılır.