STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Ülviyyə Həmzəyeva

Ülviyyə  Həmzəyeva

 

1982 – ci ildə  Naxçıvan   Muxtar  Respublikası  Babək  rayon  Şəkərabad  kəndində  anadan olmuşdur.

2003 – cü ildə  Naxçıvan   Dövlət  Universitetinin   İncəsənət  fakültəsinin  Təsviri  incəsənət  və rəsmxət  ixtisası üzrə  bitirmişdir.

2006- cı ildə   Naxçıvan  Dövlət  Universitetinin  Pedoqojika   nəzəriyyəsi  və tarixi  ixtisası  üzrə  magistr  pillələrini  bitirmişdir.

Naxçıvanda soyqırım qurbanlarının xatirəsinə ucaldılan abidənin layihə müəllifidir.

Xarici ölkələrdə bir çox fərdi və qarışıq sərgilərdə iştirak etmişdir. Əsərləri ABŞ,  Türkiyə, Türkmənistan, Gürcüstan,Çin,Portuqaliya, Fransa və. s. ölkələrdə  sərgilənmişdir.

2008- ci ildə Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı,

2009- cu ildə isə Azərbaycan Respublikasının Əməkdar Rəssamı fəxri adına layiq görülmüşdür.

Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

“Yeni Era” Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvüdür.

Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.

2011-ci ildən Naxçıvan Rəssamlar Birliyinin sədridir.

Azərbaycan Respublikası VI çağırış Milli Məclisin deputatıdır.

Əsərlərində əsasən milliliyi, qədimliyi, mifologiyanı və real həyatın fəlsəfəsini özünəməxsus tərzdə əks etdirir.