STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Alfia Sargin

Alfia Sargin

    Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində anadan olmuşdur. 1986-cı ildən Tatarıstan Rəssamlar İttifaqının və 1993-cü ildən Rusiya Rəssamlar Birliyinin üzvüdür. 2014-cü illərdə Kazan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin İncəsənət mədəniyyəti fakültəsini bitirmişdir. Tatarıstan Respublikasının Əməkdar rəssamıdır. Rusiya Rəssamlar İttifaqının və Tatarıstan Rəssamlar Birliyinin üzvüdür. 2007-ci ildə Türk mədəniyyətinin qorunmasına verdiyi töhfəyə görə “Türksoy” fəxri nişanına, 2011-ci ildə isə Tatarıstan Respublikasının “Əməkdar incəsənət xadimi” adına və 2013-cü ildə Rusiya Rəssamlar İttifaqının qızıl medalına layiq görülmüşdür. 2016-cı ildə İntibah Fondundan Tatarıstanın “Mədəni İrs” layihəsinin həyata keçirilməsində iştirakına görə təltif edilmişdir. Əsərləri fərdi və qarışıq olaraq bir çox ölkələrdə sərgilənmiş, Rusiya, Avropa və Asiya muzeylərində, fərdi kolleksiyalarda qorunub saxlanılır. Naxçıvan Rəssamlar Birliyinin fəxri üzvüdür.