STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Kulyaş Turabayeva

Kulyaş Turabayeva

   1986-cı ildə Rusiyanın Orsk şəhərində anadan olmuşdur. Abay adına Qazax Pedaqoji İnstututunun qrafika fakültəsini bitirmişdir. Sonralar ixtisas artırma kimi Moskva Arxitektura İnstitutunda (MARXİ) yüksək ixtisaslı kadr olaraq yetişmişdir. Eyni zamanda Stroqnov adına Moskva Dövlət Rəssamlıq Pedaqoji Universitetində (MAXPU) qrafika fakültəsində təhsil almışdır. V.İ Antosenko-Olenev, Qazaxstan SSR əməkdar incəsənət xadimi N.İ Dubrov, Y.Plotnikov, D.V. Tixanov kimi görkəmli rəssam-pedaqoqlardan dərs almışdır. Əsərləri Abay adına Qazax Pedaqoji İnstitutunun 50 illik yubileyinə həsr olunmuş “Yubiley palitrası” kataloquna salınmışdır. 2019-cu ildə Qazaxıstan Respublikasının Mərkəzi Muzeyində “Uşaqlıq dövrünün yuxuları” adlı fərdi sərgisi keçirilmişdir. 2021-ci ildə Seulda “Sinsanq” qalereyasında Orta Asiya və Qazaxıstan rəssamlarının birgə keçirildiyi “Kilid altında zaman” adlı böyük şərqdə iştirak etmişdir. 2022-ci ildə Beynəlxalq Tokio, Qazaxsıtan Respublikasının Milli Muzeyində keçirilən “Altın ulu ustadlar” adlı və qadınlara həsr olunan sərgilərin iştirakçısıdır. Əsərlərində müxtəlifliyi ilə seçilən rəssamdır. O, bir çox ustad dərslərinin də müəllifidir. Qazaxıstan Respublikasının Rəssamlar İttfaqının və Naxçıvan Rəssamlar Birliyinin fəxri üzvüdür.