STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Lia Şvelidze

Lia Şvelidze

   1959-cu ildə Gürcüstanın Tiflis şəhərində anadan olmuşdur. 1985-1986-cı illərdə Rəsm müəllimi kimi fəaliyyət göstərmişdir. 2000-ci ildə  Sinir Xəstəsi- Sosial Reabilatasiya Mərkəzində rəsm müəlimi işləmişdir. 1985-ci ildə Tiflis İncəsənət COODRON kurs Akademiyasını bitirmişdir. 2004- 2007-ci illərdə Rəssam-konsul olaraq Sinir Xəstəsi Sosial Reabilitasiya Mərkəzində işləmişdir. 2007-ci ildə Hər kəs üçün  İncəsənət Studiyasının yaradıcısı və rəhbəri olmuşdur. Tblisi sənət studiyasının rəhbəridir. Bir çox beynəlxalq sərgilərin, simpoziumların və festivalların iştirakçısıdır. Sərgiləri Azərbaycan,Rusiya,İspaniya, Estoniya,Qırğızıstan, Gürcüstan, Mərəkeş, Almaniya, və.s ölkələrdə fərdi və qarışıq olaraq sərgilənmişdir. Əsərləri bir çox fərdi kolleksiyalarda qorunub saxlanılır. Maraqları psixilogiya, təbiət, kino və musiqidir. Gürcüstan Rəssamlar İttifaqının və Naxçıvan Rəssamlar Birliyinin fəxri üzvüdür.