STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Yuliya Suxovetskaya

Yuliya Suxovetskaya

   1953-cü ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur. 1978-ci ildə Surikov adına Moskva  Dövlət Rəssamlıq İnstitutunu bitirmişdir. Əsərlərində doğma yurdunun mənzərələrinə yer verən rəssam, əsasən Rusiyanın, Yunanıstanın, İordaniyanın mənzərələrini öz tablolarında əks etdirmişdir. Silsilə portretlərin, mənzərə və natürmortların müəllifidir. 1975-ci ildən əsərləri ABŞ, Kanada, Yunanıstan, Meksika, Almaniya, İspaniya, Peru, Tayvan, Çin və s. ölkələrdə sərgilənmişdir. Əsərləri bir çox fərdi kolleksiyalarda və muzeylərdə qorunub saxlanılır. Çində “Sülh Naminə Səyahət” ictimai birliyi tərəfindən “Dünyanın Sülh Rəssamı” adına layiq görülmüşdür. Rusiya Rəssamlar İttifaqının və Naxçıvan Rəssamlar Birliyinin fəxri üzvüdür. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun dosenti, professordur. Əməkdar rəssam bir çox fərdi və qarışıq sərgilərin iştirakçısıdır.