STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
Lela Geleişvili
1960-cı ildə Tbilisidə anadan olmuşdur. 1980-1986-cı illərdə Tbilisi Dövlət Rəssamlıq Akademiyasını rəngkarlıq üzrə bitirmişdir. 1990-1991-ci illərdə “Rəssamlar evi” adlanan Tbilisi yaradıcılıq emalatxanasında rəngkarlıq təhsili almışdır. 2001-ci ildən Uşaq Yaradıcılıq Studiyasının rəhbəridir. 1986-2004-cü illərdə Cavaxişvili adına Tbilisi Dövlət Universitetində baş müəllim, dosent, professor, 2011-ci ildən “Femin art” Beynəlxalq Gürcüstan Assosasiyasının direktorudur. 2017-ci ildə Fransanın “Mandial Art” Akademiyasının nəzdində olan Rəssamlar Birliyinin üzvüdür. Əsərləri Gürcüstan, Slovakiya, Türkiyə, Fransa, Azərbaycan və bir çox ölkələrdə sərgilənmişdir. Əsərləri fərdi kolleksiyalarda qorunub saxlanılır. 12 yaradıcı layihəsinin rəbəridir. Bir çox fərdi və qarışıq sərgilərin iştirakçısıdır. Naxçıvan Rəssamlar Birliyinin fəxri üzvüdür.