STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
Hüseynova Səriyyə Yaşar qızı 02.06.1978-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Rəssam, dekorativ tətbiqi sənət ustası. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1993-1997), Naxçıvan Dövlət Universitetində bakalavr (1997-2002) və Naxçıvan Müəllimlər İnstitutunda magistr pilləsi üzrə təhsil almışdır (2013-2016). Naxçıvan MR Rəsssamlar Birliyinin (2014) və Azərbaycan Rəssamlar İttifaqının üzvüdür (2017). Naxçıvan Dövlət Universitetinin aspirantıdır (2017). Rəşadətli əməyə görə döş nişanı ilə təltif olunmuşdur (2015). 1998-2018-ci illərdə Naxçıvanşəhər 11və 12 №-li tam orta məktəblərində, və Naxçıvan Müəllimlər İnstitutunda müəllim, Naxçıvan şəhər ETM-də dərnək rəhbəri (2009-2019), Azərxalça”ASC” Naxçıvan XE-nin rəisi vəzifələrində işləmişdir (2019). Haliyədə Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən 3 №-li Mədəniyyət Evinin direktorudur (2020). “Naxçıvan - bəşəriyyətin beşiyi” V Beynəlxalq Rəsm Festivalında iştirak etmişdir (2021). Naxçıvan MR Rəssamlar Birliyinin keçirdiyi sərgilərin fəal iştirakçısıdır. Əsərləri Naxçıvan və Bakı şəhərlərində bir çox şəxsi kolleksiyalarda saxlanılır.