STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Araz Xudiyev

XUDİYEV Araz Azad oğlu 16.02.1986-cı ildə Culfa rayonunun Dizə kəndində anadan olub. Rəssam – Qrafik Dizayner Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində Təsviri İncəsənət, rəsmxət və əmək müəllimi ixtisası üzrə bakalavr təhsili alıb (2003-2007). Naxçıvan MR Rəssamlar Birliyinin üzvüdür (2019). Əsasən Plakat, karikatura və şarj janrlarında işləyir. Naxçıvan MR Rəssamlar Birliyində rəssam-fotoqraf (2016) və C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrnda icraçı rəssam vəzifəsində işləyir (2018). Naxçıvan MR Rəssamlar Birliyində keçirilən tədbirlərin və sərgilərin fəal iştirakçısıdır. Naxçıvan MR Rəssamlar Birliyinin təşkil etdiyi “Naxçıvan-95” “Yurdumun rəngləri” festival-müsabiqəsində qrafika nominasiyası üzrə I yerin qalibi olmuşdur (2019). Əsərləri Bakı və Naxçıvan şəhərlərində bir çox şəxsi kolleksiyalarda saxlanılır.