STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
ZALOVA Şəmsiyyə Şəmsəddin qızı 12.12.1988-ci ildə Naxçıvan şəhərində anadan olub. Rəssam. Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Təsviri İncəsənət, Rəsmxət və Əmək təlimi müəllimi ixtisası üzrə bakalavr pilləsini (2006-2010) və Təsviri İncəsənətin Tarixi və Nəzəriyyəsi ixtisası üzrə magistr pilləsini bitirmişdir (2018-2020). Azərbaycan Rəssamlar İttifaqının (2011) və Naxçıvan MR Rəssamlar Birliyinin üzvüdür (2011). Əsasən karikatura və şarj janırlarında işləyir. Yaradıcılığında Respublikamızın tanınmış elm, incəsənət və dövlət xadimlərinin portret jarşları əsas yer tutur. Çəkdiyi karikaturalarda tənqidi realizm üstünlük təşkil edir. Naxçıvan Dövlət Universitetində (2010, 2016) və Naxçıvan MR Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda “Biz” adlı şarj-karikaturalarından ibarət fərdi yaradıcılıq sərgisi keçirmişdir (2017). İran İslam Respublikasında keçirilən “Dünya Müsəlman Ölkələri” sərgi-müsabiqəsində iştirak etmişdir (2009). Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində tütor vəzifəsində işləmişdir (2010-2018). 2018-ci ildən AMEA Naxçıvan Bölməsi İncəsənət Dil və Ədəbiyyat İnstitutunun əməkdaşıdır. Əsərləri Naxşıvanda bir çox şəxsi kolleksiyalarda saxlanılır.