STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Qədirulla Bağırov

BAĞIROV Qədirulla Əbülhəsən oğlu 15.08.1949-cu Şahbuz rayonunun Nursu kəndində anadan olmuş, 05.11.2013-cü ildə Naxçıvan şəhərində vəfat etmişdir. Rəssam. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində Rəngkarlıq ixtisası üzrə təhsil almışdır (1962 - 1972). Azərbaycan Rəssamlar İttifaqının (1984) və Naxçıvan MR Rəssamlar Birliyinin üzvü (2012) idi. 2009-cu ildə Naxçıvan MR Rəssamlar Birliyinin sərgi salonunda fərdi sərgisi olmuşdur. Mütamadi olraq Rəssamlar Birliyinin təşkil etdiyi sərgilərdə fəal iştirak etmişdir.Yaradıcılığında xalça portretləri daha çox diqqəti cəlb edir. Onun bu qəbldən olan Mustafa Kamal Atatürkə itaf etdiyi silsilə portretləri, “Ümummilli Lider Heydər Əliyevin portreti”, “Hüseyn Cavidin portreti”, “Memar Əcminin portreti” və digər tanınmış simalara həsr etdiyi xalça portretləri istər ilmə sıxlığına görə, istərsə də poetik cazibəsi və emosional rəng çalarları ilə diqqəti cəlb edir. Rəngkarlıq əsərləri içərisində portret, məişət və mənzərə janrındakı əsərləri “Dədə Qorqud”, “Məmməd Araz”, “Cəlil Məmmədquluzadənin portreti”, “Heyran xanım”, “Naxçıvanda qaz çəkilişi”, “Dağlar qoynunda”, “Tikinti”, “Vayxır su anbarı”, “Qarabağlar türbəsi”, “Aylı dəniz”, “Batabat gölü”, “Dağ çayı”, “Keçili kəndi”, “Qış”, “Naxçıvan çayı” və c. əsərləri Naxçıvan, Gəncə, Bakı, Van. Tiflis, Moskva və başqa şəhərlərdə müvəffəqiyyətlə nümayiş etdirilmişdir.Əsərləri Naxçıvan Dövlət Rəsm Qalereyası, Naxçıvan Dövlət Tarix muzeyi, Cəmşid Naxçıvanski Muzeyi, Cəlil Məmmədquluzadə adına Naxçıvan MR Ədəbiyyat Muzeyi, Cəlil Məmmədquluzadənin Ev Muzeyi, Məmməd Arazın Ev Muzeyi, Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyi, Qarabağlar Türbə Kopleksində və bir çox şəxsi kolleksiyalarda qorunub saxlanılır.