STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
Hacızadə Selcanxatun Azər qızı
2001-ci ildə Bakı şəhərində anadan olmuşdur.
2007-ci ildə 77 saylı Ankara məktəb Liseyinin 1-ci sinifinə daxil olmuş Naxçıvan MR-na qayıtdıqdan sonra 2013-cü ildə Naxçıvan şəhər Vəli Zeynalov adına 3 sayli tam orta məktəbin 7-ci sinifində təhsilini davam etdirmiş və 2018-ci ildə həmin məktəbi bitirib
Təhsil illərimdə müxtəlif rəsm müsabiqələrində iştirak etmişdir.
Orta məktəb illərində bir neçə müsabiqədə iştirak etmişdir.
"Naxçıvan-dogma yurdum" mövzusuna həsr olunmuş Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasinda 1-ci yerin qalibi olmuşdur.
Naxçıvan MR Təhsil Nazirliyi tərəfindən keçirilmiş, Xocalı şəhidlərinin əziz xatirəsinə həsr olunan rəsm müsabiqəsində 1-ci yerin qalibi olmuşdur.
Naxçıvan MR Rəssamlar Birliyinde Xocalı Soyqırımının 25-ci ildönümü ilə əlaqədar keçirilmiş "Qan yaddaşımız Xocalı" adlı rəsm müsabiqəsində 1-ci yerə laiq görülmüşdür.
Gənclər Fondu tərəfindən , Naxçıvan Muxtar Respublikasında istedadlı gənclər arasında keçirilmiş "Qan yaddaşımız Xocalı" adlı rəsm müsabiqəsində 1-ci yeri tutmuşdur.
2018-ci ildə Azərbaycan Memarlıq və Inşaat Universitetinə memarliq fakultəsinə qəbul olmuşdur. Hazırda həmin universitetdə təhsil alır.
Naxçivan şəhərində keçirilmiş Art Battle-da , 2-ci və 1-ci yerləri tutmuşdur.
2020-ci ilin sentyabırın 24-27 tarixində Soçi şəhərində keçirilən Formula 1 yarışında könüllü kimi fəaliyyət göstərmiş və Autocad, 3DMAX proqramlarından təhsil almışdır.