STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Mirilqar Seyidov

Seyidov Mir İlqar Mir Kazım oğlu

24 noyabr 1996-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur.

2003-2014-cü illər ərzində H.Cavid adına 5 nömrəli tam orta məktəbdə təhsil almışdır.

2014-cü ildə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakultəsinin Rəngkarlıq ixtisasına qəbul olmuş və hal-hazırda həmin ixtisas üzrə təhsil alır.

2016-cı ildən Naxçıvan şəhər Ə.Cavid adına Uşaq-Musiqi və Bədii sənətkarlıq məktəbində rəsm müəllimi işləyir.

Naxçıvan MR Rəssamlar Birliyinin üzvüdür.

Naxçıvan MR-da keçirilən bir çox sərgi və müsabiqələrdə iştirak etmişdir.