STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Ramil Əhmədov

ƏHMƏDOV Ramil  Ramiz oğlu 02.02.1981-ci ildə Şərur şəhərində anadan olmuşdur. Rəssam. Azərbaycan Rəssamlar İttifaqının (2011) Naxçıvan MR Rəssamlar Birliyinin üzvüdür (2013). "Əcəmi Seyrangah"ında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin keçirdiyi rəsm müsabiqəsinin qalibi(2000),  "İlin ən yaxşı gənc rəssamı" (2001),  Azərbaycan Gənclərinin III forumu ilə əlaqədar uşaq, yeniyetmə və gənc rəssamların rəsm müsabiqəsi Gənclər üzrə I yerin qalibi olmuşdur(2002). Naxcıvan Universitetində (2003), Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda (2013), Xətai Sənət Mərkəzində (2017) və bir çox yerlərdə fərdi yaradıcılıq sərgisi olmuşdur. Türkiyənin Antalya, Kapadokya, Mersin, Ankara şəhərlərində yaradıcılıq sərgiləri keçirmişdir (2018-2000). Rəssam 600-dən çox əsər müəllifidir. 12 fərdi, 50 qarışıq sərgidə iştirak edib. Yaradıcılığında milli vətənpərvərlik mövzuları üstünlük təşkil edir. Əsərləri dünyanın bir çox ölkələrində və şəxsi kolleksiyalarda qorunub saxlanılır.