STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Nəsib Nəsirov

NƏSİROV Nəsib İlqar oğlu 09.04.1990 Naxçıvan MR Culfa rayonunun Kırna kəndində anadan olmuşdur. Rəssam. Naxçıvan Dövlət Universitetində Təsviri İncəsənət rəsmxətt və əmək müəllimi ixtisası üzrə təhsil almışdır (2007-2011). Azərbaycan Rəsamlar İttifaqının üzvüdür (2013). 2010-cu ildə Naxçıvan Dövlət Universitetində fərdi sərgisi olmuşdur. Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda (2011, 2014) və Naxçıvan MR Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda keçirilən bir çox qarışıq sərgilərdə iştirak edib (2008-2012). Əsərləri Bakı və Naxçıvan şəhərlərində bir çox şəxsi kolleksiyalarda saxlanılır.