STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Anar Əlizadə

ƏLİZADƏ Anar Əbil oğlu 26.04.1978-ci ildə Naxçıvan şənərində anadan olmuşdur. Rəssam. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1993-1997) və Naxçıvan Dövlət Universitetinin Təsviri İncəsənət fakültəsində təhsil almışdır (1997-2001). Azərbaycan Rəssamlar İttifaqının (2006) və Naxçıvan MR Rəssamlar Birliyinin üzvüdür (2012). Dizayn MMC-də reklam tərtibatı üzrə rəssamdır (2007). Naxçıvan MR Rəssamlar Birliyinin keçirdiyi sərgilərin fəal iştirakçısıdır (2017-2021). Bakı (2008) və Türkmənistanda keçirilən qarışıq sərgilərdə iştirak etmişdir (2009). Əsərləri bir çox şəxsi kolleksiyalarda qorunub saxlanılır.