STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Ələkbər Ələkbərov

ƏLƏKBƏROV Ələkbər Qasım oğlu 20.07.1983-cü ildə Babək rayonunun Qahab kəndində anadan olmuşdur. Rəssam. Naxçıvan Dövlət Universiteti Təsviri İncəsənət və Rəsmxətt ixtisasında təhsil almışdır (2001-2005). Azərbaycan Rəssamlar İttifaqının (2010) və Naxçıvan MR Rəssamlar Birliyinin üzvüdür (2012). Naxçıvan MR Rəssamlar Birliyinin təşkil etdiyi sərgilərdə daima fəal iştirak edir (2012-ci ildən bu günə kimi). Sərbəst rəssam kini fəaliyyət göstərir. Əsərləri bir çox şəxsi kolleksiyalarda qorunub saxlanılır.