STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Ruslan Zamanov

ZAMANOV Ruslan Abbasəli oğlu 04.05.1983-cü ildə Babək rayonunun Qahab kəndində anadan olub. Rəssam. Naxçıvan Dövlət Universitetinin Təsviri İncəsənət fakültəsinin Təsviri incəsənət rəsmxət və əmək təlimi müəllimi ixtisası üzrə bakalavr təhsili almışdır (2001-2005). Naxçıvan MR Rəssamlar Birliyinin üzvüdür (2017). Naxçıvan MR Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda “Qışqırıq” adlı fərdi yaradıcılıq sərgisi keçirmişdir (2019). Bir çox xarici ölkələrdə: o cümlədən İran İslam Respublikasında (2014), Gürcüstandanda (2014) və Türkiyə Respublikasında keçirilən qarışıq sərgilərdə iştirak etmişdir (2015, 2019, 2020). 2019-cu ildə Bakıda “Kristal Hall” Azərbaycan Rəssamlarının satış sərgisində iştirak etmişdir. “Naxçıvan-Bəşəriyyətin Beşiyi” IV və V Beynəlxalq Rəsm Festivalının iştirakçısıdır (2018, 2021). 2017-ci ildən Turkiyə Respublikasında keçirilən bir çox Rəsm Festivalların İştirakçısıdır. Əsərləri Türkiyə, İran, Gürcüstan kimi xarici ölkələrdə, Bakı və Naxçıvan şəhərlərində, Naxçıvan Dövlət Rəsm Qalereyasında və bir çox şəxsi kolleksiyalarda qorunub saxlanılır.