STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Taryel Əlizadə

ƏLİZADƏ Tariyel Həsən oğlu 10.10.1960-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. Rəssam. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır (1979-1983). Azərbaycan Rəssamlar İttifaqının (1989) və Naxçıvan MR Rəssamlar Birliyinə üzvüdür (2012). Bir çox fərdi sərgilər keçirmişdir. O cümlədən Naxçıvanda, Bakıda, Moskvada, İstanbulda (“ARİ”, “Taksim”, “Tekel” Sənət Qalereyalarında, “Caddebostan”, “Altunzadə” Mədəniyyət Mərkəzlərində, Kadıköy Mərkəz Qalereyasında), Ankarada (“TCDD” Sənət Qalereyası və Tekirdağda “Tekirdağ” Mərkəz Qalereyasında) fərdi sərgisi olmuşdur. O, Naxçıvan (1983), Bakı (1985, 1989, 1992-1998), Moskva (1986), Paris (1987), Vyana (1987), Novorosiysk (1988), İstanbul (1990-1993-1997, 1999, 2002-2004), Berlin (1991), İzmir (1996-1997), Ankara (1996-1997), Bursa (1997, 1998), Tekirdağ (1998) və başqa şəhərlərdə keçirilən qarışıq sərgiklərdə iştirak etmişdir. Əsərləri: Cəlil Məmmədquluzadə adına Naxçıvan MR Ədəbiyyat Muzeyində, Bakıda, Moskvada, Parisdə, Vyanada, Novorosiyskidə, İstanbulda, Berrlində, İzmirdə, Ankarada, Bursada, Tekirdağda və başqa ölkələrdə şəxsi kolleksiyalarda qorunub saxlanılır.