STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Ülviyyə Bağırova

BAĞIROVA Ülviyyə Qədirullah qızı. 08.07.1980-ci ildə Şahbuz rayonunun  Nursu kəndində anadan olmuşdur. Naxçıvanın tanınmış rəssamı Qədirulla Bağırovun qızıdır. Rəssam. Naxçıvan MR Rəssamlar Birliyinin üzvüdür (2013). Naxçıvan Dövlət Universitetinin  İncəsənət fakultəsinin Təsviti incəsənət və rəsmxət və əmək təlimi müəllimliyi ixtisasında təhsil almışdır (1997-2001). Naxçıvan Muxtar Respublikasının yaranmasının 75-ci ildönümünə həsr olunmuş "Səni tərənnüm edirəm doğma Naxçıvan" adlı rəsm müsabiqəsnini lauriyyatı olmuşdur (1999). Bəhruz Kəngərli Muzeyində baş fond mühafizi (2002-2003), Naxçıvan Dövlət Tarix Muzeyində tərtibatçı rəssam, bərpaçı rəssam və baş rəssam vəzifələrində işləmişdir (2007- 2018). Haliyədə Naxçıvan Dövlət Xalça Muzeyinin direktorudur (2018). Naxçıvan MR Rəssamlar Birliyinin təşkil etdiyi “Naxçıvan-95” “Yurdumun rəngləri” festival-müsabiqəsində qrafika nominasiyası üzrə iştirak etmişdir (2019). Rəssamlar Birliyinin keçirdiyi sərgilərinin fəal iştirakçısıdır. Əsasən rəngkarlıq və qrafika janırlarında işləyir. Bir neçə kiçik ölçülü xalçaların da müəllifidir. Əsərləri bir çox şəxsi kolleksiyalarda saxlanılır.