STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
İSMAYILOV Natiq Şükür oğlu 18.09.1974-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. Rəssam. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır (1989-1993). Azərbaycan Rəssamlar İttifaqının (2005) və Naxçıvan MR Rəssamlar Birliyinin üzvüdür (2012).İlk təhsilini Naxçıvan şəhər Uşaq İncəsənət Məktəbinin rəssamlıq sinifində almışdır (1985-1989). Naxçıvan şəhərindəki “Miniyatür” Rəsm Qalereyasının təsisçisidir (2008). Haliyədə “Miniatür” MMC-nin rəhbəridir. 1995-ci ildən, 2006-cı ilə kimi Türkiyə Respublikasının İstanbul şəhərində yaradıcılıq fəaliyyəti ilə məşğul olmuşdur. 2008-ci ildə İslam Ölkələri arasında keçirilən XIV rəsm müsabiqəsinin qalibi olmuşdur. Naxçıvan Bəşəriyyətin Beşiyi I, II, III və V Beynəlxalq Rəsm festivalının iştirakçısıdır (2012, 2014, 2016, 2021). Daima Naxçıvan MR Rəssamlar Birliyinin keçirdiyi tədbir və sərgilərində fəal iştirak edir. Rəngkarlıq əsərləri ölkəmizdə və xarici ölkələrdə keçirilən fərdi və qarışıq sərgilərdə nümayiş olunur. İstanbulda “Cadde Bostan Kültür Merkezində (2000), Basın Müzesində (2002),Taksim (2004), Barometr (2005) və Bakırköy Sanat Qalerilyalarınd (2006) fərdi sərgisi olmuşdur. Yaradıcılığında Naxçıvan mövzusu üstünlük təşkilm edir. Onun: “Haçadağ”, “Əshabikəhf”, “Nəhəcir dağı”, “Batabat”, “Naxçıvan çayı” adlı mənzərələri, “Bahar qızı”, “Xəyallar”, “Xatirə”kimi kompozisiyaları bu qəbildən olan tablolardandır. Əsərləri Naxçıvan, Bakı, İstanbul, Ankara, Bodrum, Antaliya, Kapatokiya, Konya, Ərzurum, Kars, Adıyaman, Bursa, İzmir, Moskva, Sankt-Peterburq, Kiyev, Xarkov, Tallin, Paris, Vyana, Roma, Oslo, Amsderdam, Berlin, Təbriz, kimi şəhərlərdə, Naxçıvan Dövlət Rəsm Qalereyasında və bir çox şəxsi kolleksiyalarda qorunub saxlanılır.