STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
16 noyabr 2018-ci il tarixində Naxçıvan MR Rəssamlar Birliyində, Rəssamlar Birliyinin baş fond müdiri, sənətşünas Nizami Alıyevin 60 illik yubiley tədbiri keçirilmişdir.
Tədbirdə ilk çıxış sözü ilə Naxçıvan MR Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikasında hər zaman tədqiqat işlərinin aparılmasına, eləcədə tədqiqatçılara, sənətşünaslara böyük diqqət və qayğı ilə yanaşılmış, onların işləməsi üçün hər şərait yaradılmışdır.
Nizami Alıyev məs bu qəbil insanlardandır.
Nizami Alıyevin Naxçıvan rəssamlıq məktəbinin formalaşmasında böyük rolu olan Bəhruz bəy Kəngərlinin tədqiqatlarındakı rolu böyük və danılmazdır. Bu gün Muxtar Respublikamızda gənclərimizin rəssam kimi yetişməsində də xususi xidmətləri də olmaqdadır.
Yubilyar öz sadəliyi və təvəzökarlığı ilə fərqlənən bir insandır. Rəssamlar Birliyinin kollektivi içərisində xususi hörmətə malikdir.
Ülviyyə Həmzəyeva şəxsən öz adından ,Rəssamlar Birliyinin üzvləri və kollektivi adından yubilyara can sağlığı ,tədqiqat uğurları arzu etmiş 60 illik yubileyi münasibəti ilə təbrik etmişdir.
Sonra Naxçıvan MR Müəllimlər İnstitutunun rektoru Elbrus İsayev, Xalq rəssamı Hüseynqulu Əliyev, yubilyarın yaxın dostları və rəssamlar çıxış edərək təbrik etmiş, yubilyarla bağlı xoş xatirələri yada salaraq təbrik etmişlər.
Yubilyar Nizami Alıyev çıxış edərək yaradılan şərait üçün Muxtar Respublika Rəhbərliyinə öz dərin minnətdarlığını bildirmiş, yubileyin təşkilatçılarına və dəyərli zamanlarını ayırıb gələn hər bir kəsə təşəkkürünü bildirmişdir.
Sonda yubilyara hədiyyələr və gül buketi təqdim olunmuş, yubiley tortu kəsilmişdir.
Həmin gün Naxçıvan MR Rəssamlar Birliyinin sədri və üzvləri Rəssamlar Birliyinin əməkdaşı Həqiqət Tahirovanı da 60 illik yubileyi münasibətilə təbrik etmiş hədiyyə və gül buketi təqdim etmişlər.