STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
Babək Rayon 2 nömrəli tam orta məktəbdə, dərnək üzvləri və istedadlı şagirdlərə ustad dərsi keçirildi. 11.02.2019
Naxçıvan MR Rəssamlar Birliyinin Tədbirlər Planına əsasən, “Ustad dərsləri” keçirilir. Rəsm dərnəklərinin üzvü olan, qabiliyyətli və istedadlı şagirdləri üzə çıxarmaq, onları gələcəkdə tanıtmaq və tanımaq. Muxtar Respublikada yaşayıb-yaradan rəssamları isə uşaqlara tanıtmaq və Rəssamlar Birliyinin fəaliyyəti ilə şagird və müəllimləri tanış etmək əsas məqsədlərimizdən biridir. Bu istiqamətdə bu günə kimi bir çox ustad dərsi keçirilmiş, yaxşı nailiyyətlər əldə etmişik. Belə ki, rəsm müsabiqələrində və uşaq sərgilərində bunun nəticəsi aşkar görünməkdədir.
Bu gün isə Rəssamlar Birliyi, Naxçıvan MR Təhsil Nazirliyi ilə birgə ustad dərslərini davam etdirir. Tətildən sonra ilk ustad dərsini Babək Rayon 2 nömrəli tam orta məktəbdə, dərnək üzvləri və istedadlı şagirdlərə keçirdik. Ustad dərsini Naxçıvan Rəssamlar Birliyinin üzvü Eldar Zeynalov icra etmişdir. Dərsdə binanın (obyektin) perspektivə getməsi, düzgün qurulması haqqında məlumat verilmiş, müəllim tərəfindən ,tapşırıq əsasında dərs qurulmuşdur.
Maraqlı dərs üçün rəssama, Təhsil Nazirliyinin, NTV-nın, Rəssamlar Birliyinin əməkdaşlarına təşəkkür edirik!
Fotoqraf-Araz Xudiyev