STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Ərtoğrol Cavidin (Ərtoğrol Cavid oğlu Rasizadə) 100 illik yubileyinə həsr olunmuş “Xatirə Sərgisi” keçirilmişdir-26.04.2019

Ərtoğrol Cavidin (Ərtoğrol Cavid oğlu Rasizadə)
100 illik yubileyinə həsr olunmuş “Xatirə Sərgisi” keçirilmişdir-26.04.2019

26 aprel, Naxçıvan MR Rəssamlar Birliyinin B.Kəngərli adına sərgi salonunda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən, Görkəmli mütəfəkkir-şair Hüseyn Cavidin ailəsində anadan olan, Azərbaycan mədəniyyətinin dəyərli simalarından biri kimi zəngin irs yaradan, musiqişünas, rəssam və tədqiqatçı Ərtoğrol Cavidin (Ərtoğrol Cavid oğlu Rasizadə)
100 illik yubileyinə həsr olunmuş “Xatirə Sərgisi” keçirilmişdir.

Sərgi, Ərtoğorul Cavidin Bülbülə ürək dağlayıcı məktubunun səsləndirilməsi videosuyla başlamışdır.Bu videoda Ərtoğrolun özünün pisnofa ifa etdiyi 4 dəqiqəlik,,Leylanın vəsfi,, adlı kompozisiyasının ifasını da dinləməklə, başlamışdır.
Sərginin açılışından öncə, ilk çıxış sözü ilə Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva başlamış, sonra isə Hüseyn Cavid Muzeyinin direktoru Bəhruz Quliyev, şair- filologiya üzrə fəlsəfə doktoru Xanəli Kərimli Ərtoğrol Cavidin həyat və yaradıcılığı haqqında geniş çıxış etmiş, məlumatlar vermişlər.
Çıxışlar bitəndən sonra, sərgiyə baxış olmuşdur.

Ekspozosiyada Ərtoğrol Cavidin özünün rəsm etdiyi 16 rəsmi-əsəri nümayiş olunmuşdur.Tədbirdə Naxçıvan Dövlət Universitetinin, "Naxçıvan " Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun ,tələbə -müəllim kollektivləri, Heydər Əliyev adına Uşaq Yaradıcılıq Mərkəzinin dərnək üzvləri - müəllimləri, Rəssamlar Birliyinin üzvləri iştirak etmişlər.

Qalereya