STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda gənclər arasında “Naxçıvan Gənclər Paytaxtıdır” adlı foto müsabiqə keçirilmişdir - 27.04.2018

Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda gənclər arasında “Naxçıvan Gənclər Paytaxtıdır” adlı foto müsabiqə keçirilmişdir.

Bu gün Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda gənclər arasında “Naxçıvan Gənclər Paytaxtıdır” adlı foto müsabiqə keçirilmişdir. Müsabiqənin keçirilməsinində məqsəd Naxçıvan Muxtar Respublikasının təbliği və təşviqi, muxtar respublikada yerləşən turizm məkanlarının, tarixi abidələrin, bağların və xiyabanların, yeni tikilən körpülərin, yolların, əyləncə və istirahət mərkəzlərinin, salınmış parkların, şəhərciklərin, idman obyektlərinin, təhsil müəssisələrinin fotolar vasitəsilə tanıdılması, gənclərin muxtar respublikanın tanıdılmasında və təbliğində fəallığının artırılması və istedadlı gənclərin üzə çıxarılmasıdır. Əvvəlcə Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Tahir Məmmədli və Gənclər Fondunun əməkdaşı Ceyhun Xəlilli çıxış edərək muxtar respublikada gənclərə göstərilən diqqət və qayğı, bu sahədə görülən işlər barədə ətraflı məlumat vermiş və gəncləri Naxçıvan şəhərinin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar keçirilən tədbirlərdə, həmçinin muxtar respublikada turizmin inkişafı ilə bağlı görülən işlərdə yaxından iştirak etməyə çağırmışlar. Müsabiqəyə 35 yaxın müəllifin 120-ə yaxın foto şəkilli təqdim olunmuşdur. Sonda münsiflər heyətinin qərarına əsasən Naxçıvan Dövlət Universitetinin tələbəsi Sadiqov Anar, Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Xudanlı Veysəl I yerlərə, Heydər Əliyev adına Hərbi Liseyin kursantı Əliyev Röyal, Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Bağırlı Onur, Naxçıvan Tibb Kollecinin tələbəsi Əliyeva Nuray II yerlərə, Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Hacıyev Teymur, Naxçıvan Qarnizonu tam orta məktəbin şagirdi İsayev Cavid, Heydər Əliyev adına Hərbi Liseyin müəllimi Rəfiyev Hüseyn III yerlərə, Kəngərli rayon Qarabağlar kənd 1 №-li tam orta məktəbin müəllimi Muradova Tərlan, Ordubad rayon Üstüpü kənd tam orta məktəbin şagirdi Pirimov Rəşad, Naxçıvan Tibb Kollecinin tələbəsi Mərdanlı Aytac, Naxçıvan Dövlət Universitetinin tələbəsi Səfərova Ölkə isə foto müsabiqədə həvəsləndirici yerlərə layiq görülmişlər. Qaliblərə təşkilatçılar tərəfindən diplomlar, fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunmuşdur. Müsabiqə Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun, Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına Gənclər Birliyinin və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.

Qalereya