STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda dekorativ tətbiqi sənət sərgisi keçirilib.

Sərgidə Naxçıvan MR Rəssamlar Birliyinin sədri, Milli Məclisin deputatı Ülviyə Həmzəyeva, Türkiyənin Naxçıvandakı baş konsulu Mehemmed Emin Kiraz və İran İslam Respublikasının Naxçıvandakı baş konsulu Mansoor Ayrom çıxış etmişlər.

Sərgidə ağac üzərində oyma, vitraj tipli panolar, dəmir üzərində döymə, duz üzərində oyma, dəri üzərində yandırma, bədii tikmə, xalçaçılıq, toxuculuq, dulusçuluq, keramika, müxtəlif maketlər, loqolar və digər nümunələrdən ibarət 100-ə yaxın dekorativ tətbiqi sənət əsəri nümayiş etdirilmişdir. Sərgidə Naxçıvanın peşəkar rəssamlarının əsərləri ilə yanaşı, tələbələrin də əl işləri sənətsevərlərə təqdim olunmhşdur.

Sərgi zamanı Əməkdar rəssam Səyyad Bayramova 60 illik yubileyi münasibətilə xüsusi diplom təqdim olunub. Sərgidə iştirak edən rəssamlara Rəssamlar Birliyinin diplomları verilib.

Foto reportaj- Araz Xudiyev

Qalereya