STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda 20 Yanvar faciəsinə həsr olunmuş “Unutsaq-unudularıq” adlı rəsm sərgisi keçirilib.
Sərgidə Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Rəssamı, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva çıxış edərək faciənin başvermə səbəblərindən danışıb, 20 Yanvarın Azərbaycan xalqının tarixinə qəhrəmanlıq səhifəsi kimi yazıldığını bildirib.
Sərgidə Naxçıvan Muxtar Respublikası Yazçılar Birliyinin sədri Asim Yadigar,Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin sədri Heydər Əhmədov,Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Birliyinin sədri Yaşar Xəlilov və Veteranlar Şurasının müavini Sultan İsmayılov çıxış ediblər.
Qeyd edək ki, yanvarın 25-nə qədər davam edəcək sərgidə muxtar respublikada fəaliyyət göstərən 21 rəssamın 31 əsəri nümayiş etdirilir.