STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Azərbayxan Rəssamlar İttifaqının, Naxçıvan MR Rəssamlar Birliyinin üzvü Sabir Məmədovun Naxçıvanın Yaradılmasının 95 illiyinə həsr olunmuş 65 illik fərdi yubiley sərgisi təşkil olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə birliyin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva çıxış edərək Sabir Məmədovun Naxçıvan teatrında, muxtar respublikada rəsm sənətinin inkişafında göstərdiyi xidmətlərindən danışıb. Diqqətə çatdırıb ki, bir çox tamaşaya tərtibat verən, rəssamlıq sənətinin bir çox janrlarında da uğurlu nümunələr yaradan, gənc rəssam kadrların yetişməsin də yaxından iştirak edən Sabir Məmədovun yaradıcılığı və əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir.
Naxçıvan MR Ali Məclisin Humanitar Siyasət məsələləi və İctimai Təşkilatlarla
iş şöbəsinin müdiri Surə Seyid , Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Mehmet Emin Kiraz, İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Seyid Əhməd Hüseyni, “Naxçıvan” Universitetinin rektoru İsmayıl Əliyev, AME-nın Naxçıvan bölməsinin sədri İsmayıl Hacıyev, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Elbrus İsayev və başqaları əlamətdar gün münasibətilə, sərgisi keçirilən rəssamı təbrik ediblər.
Rəssam Sabir Məmədov çıxış edərək sərginin təşkil olunmasında göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Qeyd edək ki, sərgidə rəssamın 95 əsəri nümayiş olunur.
Foto reportaj Araz Xudiyev