STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Bir əsər-Bir həyat”adlı xeyriyyə sərgi-satışı təşkil olunub. 214.02.2020

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Bir əsər-Bir həyat”adlı xeyriyyə sərgi-satışı təşkil olunub.


Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva qeyd edib ki, insan oğlu doğulandan bəri, xəstəliklərdən sığortalanmayıb. Müəyyən vaxt kəsiklərində bizlər hər hansı xəstəlikdən əziyyət çəkə bilirik. Bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda səhiyyənin inkişafına diqqət və qayğı göstərilir. Tibdə ən çətin xəstəliklərin müalicə yolları tapılıb. Biz ağır xəstəlikdən əziyyət çəkən azyaşlının da mütləq şəfa tapacağına inanırıq. Bildirilib ki, sərgi-satışda naxçıvanlı rəssamların aplikasiya, viraj tipli əl işlərindən, daş üzərində oyma, toxuma, tikmə və digər sənət növlərində hazırlanmış əsərlərdən ibarət 32 nəfərin 44 əl işi nümayiş etdirilir. Ülviyyə Həmzəyeva tədbirdə iştirak edən və öz dəstəyini göstərən təşkilatlara minnətdarlıq edib. Qeyd edək ki, sərgidə professional rəssamların rəngkarlıq,sulu boya və taxta üzərində yandırma texniklarda əsərlər təqdim olunmuşdur. Sərgi-satışdan əldə olunan vəsait beyin şişindən əziyyət çəkən Babək rayon Payız kənd sakini, 10 yaşlı Təranə Allahverdiyevanın müalicəsinə sərf olunacaq.

Qalereya