STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Rəssamlar Birliyinin 50 illik yubileyi ilə əlaqədar birlik üzvlərinin “Mənim dünyam” adlı sərgisi keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək bildirib ki, muxtar respublika rəhbəri tərəfindən 2021-ci il 2 mart tarixində imzalanan “Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam muxtar respublikada rəssamlıq sənətinin inkişafına, rəssamlarımıza göstərilən diqqətin və qayğının ən yüksək ifadəsidir. Birliyin sədri buna görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə rəssamlarımız adından dərin minnətdarlığını bildirib. Qeyd edilib ki, ötən dövr ərzində muxtar respublikada rəssamlıq sənətinin inkişafı ilə bağlı ardıcıl tədbirlər görülüb. Rəssamlığa maraqlı olan gənc rəssamların yetişməsi, onların istedadlarının üzə çıxarılması, eyni zamanda rəssamlıq sənətinin tədrisi üçün də hərtərəfli şərait yaradılıb. Birlik üzvləri tərəfindən mütəmadi olaraq keçilən ustad dərsləri, ötən ilin noyabr ayında birliyin nəzdində ilk dəfə olaraq yaradılan Gənc rəssamlar bölməsi bu işdə mühüm rol oynayır. Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü Qəhrəman Tağıyev çıxış edərək Rəssamlar Birliyinin 50 illik yubileyi münasibətilə keçirilən sərginin əhəmiyyətindən danışıb, rəssamlara yaradıcılıq uğurları arzulayıblar. Qeyd edək ki,sərgidə 22 rəssamın mövzu və janr baxımından fərqlənən 37 rəsm əsəri nümayiş olunur. Sərgi bir həftə davam edəcək.