STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin B.Kəngərli adına sərgi salonunda 5 oktyabr “Müəllimlər Günü”nə həsr olunmuş Səkinə Qarayevanın “Yaradıcılıq yolum” adlı fərdi sərgisi keçirilmişdir. 04.10.2021

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin B.Kəngərli adına sərgi salonunda 5 oktyabr “Müəllimlər Günü”nə həsr olunmuş Səkinə Qarayevanın Yaradıcılıq yolum” adlı fərdi sərgisi keçirilmişdir.

 

Sərgini giriş sözü ilə Rəssamlar Birliyinin sədri, Milli Məclisin üzvü, əməkdar rəssam Ülviyyə Həmzəyeva açaraq sərginin mahiyyətindən və rəssamın çoxşaxəli yaradıcılığından söz açmış, müəllimləri təbrik edərək çıxışında dövlət qayğısını vurğulamışdır.

Sərgidə Təhsil nazirinin müavini Heyran Əhmədova çıxış etmiş, Heydər Əliyev Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin fəaliyyətindən və 1980-ci ildən dərnək müəlliməsi olan Səkinə Qarayevadan söz açmış, təhsil naziri adından təbrik etmişdir.

Sərgi müəllifinə Rəssamlar Birliyi və Təhsil Nazirliyi tərəfindən fəxri diplomlar təqdim olunmuşdur.

Sonda sərgiyə baxış olmuş, xatirə şəkli çəkdirilmişdir.

Ekspozisiyada müəllifin 25 rəsm əsəri, 45 dekorativ tətbiqi sənət nümunəsi sərgilənmişdir.

Qalereya