STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

28 fevral 2020-ci il tarixdə Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda gənclər arasında keçirilən “Qış möcüzəsi” adlı foto-müsabiqəyə yekun vurulmuşdur.

28 fevral 2020-ci il tarixdə Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda gənclər arasında keçirilən “Qış möcüzəsi” adlı foto-müsabiqəyə yekun vurulmuşdur.


Müsabiqənin keçirilməsində məqsəd Naxçıvan Muxtar Respublikasının qış mövsümü üçün uyğun olan turizm imkanlarının təbliği, muxtar respublikada yerləşən turizm məkanlarının, tarixi abidələrin, bağ və xiyabanların, əyləncə və istirahət mərkəzlərinin, salınmış parkların, şəhərciklərin, idman obyektlərinin, təhsil müəssisələrinin fotolar vasitəsilə tanıdılması, gənclərin muxtar respublikanın tanıdılmasında və təbliğində fəallığının artırılması və istedadlı gənclərin üzə çıxarılmasıdır. Tədbirdə əvvəlcə Rəssamlar Birliyinin sədri, Azərbaycan Rəssamlar Birliyinin üzvü Ülviyyə Həmzəyeva, Gənclər və İdman Nazirliyinin əməkdaşı İlahə Haqverdiyeva çıxış edərək tədbirin mahiyyəti haqqında məlumat vermiş, keçirilən müsabiqələrin muxtar respublikanın turizm məkanlarının tanıdılmasında, yaradıcı gənclərin istedadlarının üzə çıxarılmasında böyük rol oynadığını bildirmiş, gəncləri muxtar respublikada turizmin inkişafı ilə bağlı görülən işlərdə yaxından iştirak etməyə çağırmışlar. Yanvar ayından start verilən foto-müsabiqəyə 50 müəllifin 100-dən çox foto şəkili təqdim olunmuşdur. Sonda münsiflər heyətinin qərarına əsasən Məmmədli Kamil, Məmmədli Pünhan I yerə, Əsədov Elşad, Əliyeva Türkan II yerə, Tağızadə Günel, Həsənli Nahid, Novruzov Sadiq III yerə, Cabbarov Cabir, Cəbiyev Azər, Nəcəfova Firəngiz, Qaracayeva Nurlana, Yəhyayaeva Güllü foto müsabiqədə həvəsləndirici yerlərə layiq görülmüşlər. Qaliblərə təşkilatçılar tərəfindən diplom, fəxri fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur. Gənclər və İdman Nazirliyinin, Rəssamlar Birliyinin və Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə 40 nəfər gənc iştirak etmişdir.