STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri və Gənc Rəssamlar Bölməsi üzvlərinin QARABAĞ AZƏRBAYCANDIR! Çağırışı.
Hər ölkənin sənət adamları öz millətinin təmsilçiləri sayılır. Hesab edirəm ki, hər sənətkar millətinin qan yaddaşında yaşayan bəşəri sevgi, sülhsevərliyi bütün dünyaya səsləndirmək bacarığına malikdir. Sənət adamları zamanla, tanındıqca öz ölkəsinin mədəniyyət siyasətinin aparıcı simalarından birinə çevrilir.
Sənət adamı Sülh tərəfdarıdır!
Bu gün mədəniyyət beşiyi olan Azərbaycan öz əzəli torpaqlarını qaytarır. Otuz ildir ki, Qarabağsız idik. Otuz ildir ki, gözümüz yolda, qulağımız səsdə idi. Laçın dağlarının özü qədər ağır ayrılıq dərdini yana-yana, qovrula-qovrula yaşayırdıq. İldırımlar çaxsa da, ürəyimizdə fırtınalar qopsa da, intiqam anını, qisas məqamını gözləyirdik. Budur, həsrətimiz sona yetir. Sülhsevər Biz, bu illər ərzində qan tökülməsin deyə münaqişənin həllini gözləyirdik. Bu gün isə yeni tarix başlayır! Qara buludlar sovrularaq, günəş üzümüzə yenidən doğur. Yeni tarixi isə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və müzəffər ordumuz yazır! Azərbaycan ordusunda, torpaqlarımız uğrunda gedən "vətən savaşı" mübarizəsində hər kəs səfərbər oldu sadə insanımızdan, ziyalısına kimi. Qarabağın köksündən Xarı bülbül tək zorla qoparılan uşaqlar, bu gün torpağını azad etməyə gəlib və edir!
Sülh istəməyən düşman öz torpaqlarımızda bizə meydan oxuyur fikrincə. Məğlubiyyətini hiss edir və bilərəkdən bizə yenə də dağ çəkmək niyyətindədir. Yox! Biz artıq geri dönməyəcəyik! Bizi qorxutmaq mümkün deyil! Ürəyimizdən vurmağa çalışır düşman. Beynəlxalq mədəni tədbirlərin məkanları olan, dünya sivilizasiya tarixinin inciləri Gəncəyə, Naxçıvana, Qəbələyə hücumlar edərək, terror aktları həyata keçirir. Düşman öz erməni xislətini dönə-dönə nümayiş etdirir. Dinc insanlarımıza, məsum uşaqlarımıza qıyaraq, döyüş meydanından qaçaraq, sivil şəhərlərimizə hücum edir, atəşə tutur. Bizim mövqeyimizi və ədalətli savaşımızı bu gün bir çox ölkə sənətkarları dəstəkləyir. Ünvanımıza məktublar, video çarxlar göndərərək bizimlə olduqlarını bildirirlər! Biz onlara ölkəmizin həm şad günlərində, həm kədərli günlərində bizimlə birgə olduqları üçün təşəkkür edirik!
Sənət adamları olaraq biz erməni terrorunu lənətləyir, Qarabağ Azərbaycandır deyirik!
Azərbaycan Respublikasının
Əməkdar rəssamı,
Naxçıvan MR Rəssamlar
Birliyinin sədri,
Azərbaycan Respublikasının
Milli Məclisin deputatı
Ülviyyə Həmzəyeva