STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

"Novruz gəldi-yaz gəldi" adlı müsabiqənin mükafatlandırma mərasimi keçirildi

26 mart tarixində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Element VS  birgə təşkilatçılığı ilə Novruz Bayramı həftəsinin fəal iştirakçıları və "Novruz gəldi-yaz gəldi" adlı müsabiqəsində çəkdikləri əsərlərlə Novruz bayramına xususi rəng qatan Naxçıvan Rəssamlar Birliyi' nin Gənc Rəssamlar Bölməsinin üzvlərinin sərgi -musabiqəsi keçirilmişdir. Çəkilən əsərlərin satışından əldə olunan vəsait YAŞAT Fonduna ianə ediləcəkdir. İştirakçılara və zəhməti keçən hər kəsə təşəkkürümüzü bildiririk.

Müsabiqədə iştirak edən əsərlər tamaşaçılar tərəfindən dəyərləndirmişdir.

Foto reportaj Araz Xudiyev  

I yer Türkan Əsədova, Gülnisə Əliyeva

II yer Fərqanə Seyidova, Nilüfər Quluzadə, Tənzilə İbadova

III yer Ülvi Yaqublu, Nilüfər Quluzadə, Aytən Quliyeva Qaliblər Naxçıvan Rəssamlar Birliyinin diplomları və təşkilatçılar tərəfindən hədiyyələr ilə qiymətləndirilmişlər.

Qalereya