STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş  "Heydər Əliyev dühası əbədi yaşardır" adlı qrup sərgisi keçirilmişdir. 

Azərbaycan Respublikasının Naxçıvan Rəssamlar Birliyi 'nin B.Kəngərli adına sərgi salonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş  "Heydər Əliyev dühası əbədi yaşardır" adlı qrup sərgisi keçirilmişdir. 
Sərginin açılışından öncə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Ekspozisiyada 20 rəssamın 50 əsəri sərgilənmişdir.
Dəvət olunmuş Dövlət, KİV və qəzet nümayəndələrinə, Naxçıvan Dövlət Universiteti - NDU,  Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Universiteti NU tələbə və müəllim heyətinə, T.C. Nahçıvan Başkonsolosluğu və kollektivinə dərin minnətdarlığımızı bildiririk.
Açılış tədbirində:
Naxçıvan Rəssamlar Birliyinin sədri, Milli Məclisin deputatı, Əməkdar rəssam Ülviyyə Həmzəyeva,
YAP Naxçıvan Təşkilatının sədr müavini-aparat rəhbəri, Naxçıvan MR Həmkarlar İttifaqları Şurasının sədri Anar İbrahimov,
Heydər Əliyev Muzeyinin direktoru, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, Ramin Orucəliyev,
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA Naxçıvan Bölməsinin sədri, Azərbaycan Respublikasının əməkdar elm xadimi, İsmayıl Hacıyev, 
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Naziri, fəlsəfəyə doktoru, Natəvan Qədimova,
"Naxçıvan" Universitetinin rektoru, dosent Anar  Kazımov,
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, Pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Azad Novruzov.
Türkiyə Cumhuriyyətinin Naxçıvandakı Baş Konsulu Asip Kaya,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 
Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev,
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Asim Yadigar çıxış etmişlər.
Mötəbər sərgimizdə zəhməti keçən hər kəsə təşəkkürümüzü bildiririk. 
Hörmətlə #NaxçıvanRəssamlarBirliyi 
Foto reportaj Araz Xudiyev 

Qalereya