STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Nigar Mustafazade 'nin "33 QATDA DUYĞULAR" adlı sərgisi keçirilmişdir.

20 iyun 2023-cü il tarixində Naxçıvan Rəssamlar Birliyi' nin B.Kəngərli adına sərgi salonunda gənc rəssam-pedaqoq Nigar Mustafazade 'nin "33 QATDA DUYĞULAR" adlı sərgisi keçirilmişdir.


Rəssam ekspozisiyada müxtəlif səpkidə 40 yaxın əsər sərgilənmişdir. Öncə Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və sərgini Rəssamlar Birliyinin sədri, Azərbaycan parlamentinin üzvü Ülviyyə Həmzəyeva açaraq rəssam və sərgi haqqında məlumat vermişdir. Sonradan əməkdar rəssam Telman Abdinov, sənətşünas Doç.dok Nizami Alıyev və digərləri rəssamı ilk sərgisi münasibətilə təbrik etmiş, gələcək fəaliyyətində uğurlar arzulamışlar.
Nigar Mustafazadənin lirik və romantik sərgisi, tamaşaçılarda xoş ovqat və maraq oyatmışdır.
Həmin gün, Nigar Mustafazadəyə Rəssamlar Birliyinə üzvlük vəsiqəsi də təqdim olmuşdur.
Sənətsevərləri və şəhərimizin qonaqlarını sərgimizə dəvət edirik.

Qalereya