STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

“Naxçıvan –bəşəriyyətin beşiyi” VI Beynəlxalq Rəsm festivalının kataloqunun təqdimatı keçirilib.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyində “Naxçıvan –bəşəriyyətin beşiyi” VI Beynəlxalq Rəsm festivalının kataloqunun təqdimatı keçirilib.

10 noyabr 2024

Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva, Türkiyənin Naxçıvandakı Baş Konsulu Asip Kaya çıxış ediblər. Qeyd edilib ki, Azərbaycan Respublikasında 2023-cü ilin Heydər Əliyev İli elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü il 29-31 may tarixlərində Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin  100 illik yubileyinə həsr olunmuş “Naxçıvan – bəşəriyyətin beşiyi” VI Beynəlxalq Rəsm festivalı keçirilib. Əcəmi Seyrəngahı Mədəniyyət və İstirahət Parkında təşkil olunan festivalda  9 ölkədən, eləcə də qardaş Türkiyə Respublikasından rəssamlar iştirak ediblər. Çıxışlarda mədəni tədbirlərin təşkilinin qarşılıqlı əlaqələrin inkişafında mühüm rol oynadığı qeyd edilib.

Sonra festivalın iştirakçısı olmuş rəssamlara və tədbir iştirakçılarına “Naxçıvan – bəşəriyyətin beşiyi” VI Beynəlxalq Rəsm festivalının albom-kataloqu təqdim olunub.

Qeyd edək ki, kataloq “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis şəkildə çapdan çıxıb. Kataloqda festivalda işlənmiş rəsm əsərləri, eləcə də festivalın iştirakçısı olan rəssamlar haqqında Azərbaycan və ingilis dilində materiallar toplanıb. Kataloqun layihə rəhbəri Ülviyyə Həmzəyeva, tərtibatçısı Araz Xudiyev,  ingilis dilində korrektə edəni isə Aidə  Cəlilzadədir.

"Naxçıvan - bəşəriyyətin beşiyi" Vl Beynəlxalq Rəsm Festivalının kataloqunun təqdimatı və Əməkdar rəssam Səyyad Bayramovu, sənətşünas Nizami Alıyevi və Rəssamlar Birliyinin əməkdaşı Həqiqət Tahirovanı 65 illik yubileyləri münasibətilə təbrik etdilər!

Qalereya