STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Tapdıq Həmzəyevin Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr etdiyi "Каva" adlı fərdi yaradıcılıq sərgisi keçirilmişdir.

21 dekabr Naxçıvan Rəssamlar Birliyi' nin B.Kəngərli adına sərgi salonunda Birliyin üzvü, bədii metal ustadı, müharibə veteranı Həmzəyev Tapdıq Hüseyn oğlunun Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr etdiyi "Каva" adlı fərdi yaradıcılıq sərgisi keçirilmişdir.


Sərgidən öncə Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra Naxçıvan MR Rəssamlar Birliyinin sədri, Milli Məclisin deputatı, Mədəniyyət Komitəsinin sədr müavini Ülviyyə Həmzəyeva sərgi və müəllif haqqında məlumat vermişdir.
Sonra AMEA Naxçıvan Bölməsi' nin əməkdaşı teatrşünas Ələkbər Qasımov, Xalq aktyorları Kamran Quliyev, Şirzad Abutalıbov , Azərbaycan Respublikasının əməkdar rəssamı Telman Abdinov, Naxçıvan MR əməkdar rəssamı Həmzə Sadiqov, Sabir Məmmədov, Qəhrəman Tağıyev, Naxçıvan Qazilər Birliyinin sədri Ceyhun Bayramov, silahdaşları Rövşən Rzayev, Şəhid Ümid Novruzlunun atası Bahadur Novruzov, gənclik dostları Qurban Kazımov , Fəxrəddin Talıbov və digərləri rəssamı gecikmiş sərgisi münasibətilə təbrik edərək, xatirələrini bölüşmüşlər.
Rəssamın ekspozisiyada 60 yaxın bədii metal və qrafika işləri sərgilənmişdir.
Sonda müəllif gələn qonaqları salamlayaraq, iştirakçılara və Rəssamlar Birliyinin əməkdaşlarına təşəkkür etmiş, sərgiyə baxmaq üçün dəvət etmişdir.
Sərgi həftə ərzində Naxçıvan ictimaiyyətinə və şəhərimizin qonaqlarına açıq olacaq.
Tədbirdə iştirak edən Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 'nə, Bəhruz Kəngərli Muzeyinə, Xalça Muzeyinə, Dövlət Rəsm Qalereyasına, Qızlar Liseyinə və digər təşkilatlardan qatılanıara təşəkkür ediririk.

Qalereya