STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
NMİ-də “Qərbi Azərbaycan-Tarixin izi ilə” adlı sərgi keçirilib.
Naxçıvan Müəllimlər İnstitutunda Təbiət və İncəsənət fakültəsinin İncəsənət kafedrasının təşkilatçılığı ilə Qərbi Azərbaycanla bağlı tədbirlər planı çərçivəsində Təsviri incəsənət müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrinin əl işlərindən ibarət “Qərbi Azərbaycan-tarixin izi ilə” adlı sərgidə institutun rektoru Azad Novruzov, İncəsənət kafedrasının müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar rəssam Həbibə Allahverdiyeva, Naxçıvan Rəssamlar Birliyinin sədri, Milli Məclisin deputatı, Əməkdar rəssam Ülviyyə Həmzəyeva çıxış edib dəyərli fikirlər səsləndiriblər.
Kafedranın müəllimlərinin xüsusilə Nizami Alıyevin və Həbib Allahverdiyevin rəhbərliyi altında təşkil olanan sərgidə Qərbi Azərbaycanda yerləşən tarixi abidələr-məscidlər, məbədlər, qəbirüstü abidələr, qayaüstü rəsmlər və s. bu kimi tarixi-mədəniyyət nümunələri yer alıb.
Əzəli və əbədi yurd yerlərimizdən Kəlbəcər torpaqlarının yetirməsi olan İncəsənət kafedrasının dosenti Nizami Alıyev də çıxış edərək öz xatirələrindən danışıb və bu kimi sərgilərin gələcəkdə məhz həmin torpaqlarda təşkil edilməsini arzulayıb.