STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü'nə həsr olunmuş "Zaman" adlı onlayn sərgi

onlayn sərgi

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi  31 Mart - Azərbaycanlıların Soyqırımı Günü'nə həsr olunmuş "Zaman" adlı onlayn sərgi təşkil etmişdir. Sərgidə ümumi olaraq 26 rəssam iştirak etmişdir.  Onlayn sərginin əsas məzmunu soyqırımları, müharibələri, qəhrəmanlarımızı zaman-zaman öz tablolarında əks etdirən rəssamların müxtəlif yaş kateqoriyalarından olmasıdır. Burada biz düşmən vandalizmini əsərlərində əks etdirən Bəhruzbəy Kəngərlinin, döyüşçü rəssam İbrahim Safinin, Mehdi Hüseynzadənin, ZƏFƏR xəbərini eşitmədən dünyasını dəyişən rəssamlarımızın əsərləri ilə yanaşı, müasir rəssamların- xalq və əməkdar rəssamlarımızla, vəhşəti-dəhşəti fərqli görən gənclərimizin abstrakt təfəkkürlü kompozisiyalarından da istifadə edib, yer vermişik. Soyqırımlara baxmayaraq, bu gün biz Zəfər tariximizi yaşayırıq və gələcəkdə asan olmayan yolu unutmamaq üçün bu önəmli sərgiləri keçirməyi özümüzə borc bilirik. İştirak edən bütün rəssamlarımıza, ehtiramımızı bildirir, ONLAYN SƏRGİNİ AÇIQ ELAN EDİRİK!

Qalereya