STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

18 aprel 2024

Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb Aprelin 18-də Naxçıvan Muxtar Respublikası Rəssdamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb. Sərginin açılış tədbirində rəsmi şəxslər, Naxçıvanda fəaliyyət göstərən rəssamlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.  Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, əməkdar rəssam Ülviyyə Həmzəyeva bildirib ki, sərgidə 2012-ci ildən Naxçıvanı dünyada tanıtmaq məqsədilə keçirilən “Naxçıvan - Bəşəriyyətin beşiyi” Beynəlxalq rəsm festivallarında iştirak etmiş xarici və yerli rəssamların əsərləri nümayiş etdirilir. 

Qalereya