STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

“Naxçıvan məktəblilərin gözü ilə” adlı rəsm sərgisi açılıb

Sərgi

Mayın 15-də Naxçıvan Rəssamlar Birliyinin və "Məktəbli" qəzetinin birgə Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə töhfə kimi “Naxçıvan məktəblilərin gözü ilə” adlı rəsm sərgisi açılıb.  Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sərgidə Naxçıvan Muxtar Respublkası Rəssamlar Birliyinin sədri, əməkdar rəssam Ülviyyə Həmzəyeva, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərova, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Rəmzi İbrahimov, “Şərq qapısı” qəzetinin məsul katibi Muxtar Məmmədov və “Məktəbli” qəzetinin təsisçisi Pərvin Məmmədov çıxış ediblər.  Ekspozisiyada 95 uşağın 200 yaxın rəsmi nümayiş olunmuşdur. Sərgi iştirakçılarına hər iki müəssisə tərəfindən "təşəkkürna"mələr verilmiş, xatirə şəkli çəkdirdikdən sonra, sərgiyə baxılmışdır.

Qalereya